-
- 3-02-2020, 15:35
- 862
Azərbaycanlı alim ilk dəfə Beynəlxalq müsabiqənin MÜNSİFLƏR HEYƏTİNDƏ
11-15 may 2020-ci il tarixlərində ABŞ-ın Anahaym şəhərində Beynəlxalq Elm və Mühəndislik Sərgisi (İSEF – İnternational Science and Engineering Fair) keçiriləcək.
Təhsil Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bu il müsabiqənin tarixində ilk dəfə olaraq İSEF-in münsiflər heyətinin tərkibinə fizika və astronomiya kateqoriyası üzrə “Böyük Mükafat” münsifi qismində azərbaycanlı alim – Sumqayıt Dövlət Universitetinin əməkdaşı, “Sabahın alimləri” Respublika müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin rəhbəri Samir Orucov daxil edilib.
Qeyd edək ki, 1958-ci ildən etibarən ABŞ-da keçirilən İBeynəlxalq Elm və Mühəndislik Sərgisinə hər il 70-80 ölkədən IX – XI sinif şagirdlərindən ibarət komandalar iştirak edir.
2012-ci ildən etibarən “Sabahın alimləri” Respublika müsabiqəsinin qaliblərindən ibarət komanda İSEF-də Azərbaycanı uğurla təmsil edir.