7 şagirdimiz Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi təmsil edəcək
    • 10-04-2019, 16:13
    • 798

7 şagirdimiz Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi təmsil edəcək

12-19 may tarixlərində ABŞ-ın Arizona ştatının Finiks şəhərində İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçiriləcək.

News24.az-ın əldə etdiyi məlumata görə, ölkəmizi bu müsabiqədə 7 şagird 5 layihə ilə təmsil edəcək.

Xatırladaq ki, həmin şagirdlər “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri arasından seçilib.