“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat müddəti uzadılıb
    • 27-12-2019, 11:54
    • 809

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat müddəti uzadılıb

Sabahın alimləri” IX Respublika Müsabiqəsinə elektron qeydiyyat müddəti uzadılıb. 

News24.az
-ın müsabiqədə iştirak etmək istəyən şagirdlər dekabrın 30-dək www.sabahinalimleri.edu.az  internet səhifəsində onlayn qeydiyyatdan keçə bilərlər.

Bu günədək 358 şagird müsabiqədə iştirak üçün elektron qeydiyyatdan keçib.

Qeyd edək ki, müsabiqə 11-13 fevral 2020-ci il tarixlərində İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçiriləcək.

Müsabiqənin təşkilində məqsəd yerli ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsidir. Həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsini təmin etmək də məqsədlər sırasındadır.