Kişilər niyə qadınlardan az yaşayır?
    • 10-04-2025, 22:36
    • 331

Kişilər niyə qadınlardan az yaşayır?

Belə bir deyim ki, kişilərin ömrü qadınla müqayisədə az olur.

Statistik rəqəmlər də bunu təsdiq edir.

Maraqlıdır, kişilərin ömrü  niyə uzun olmur? 

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, kişilərinin ömrünün az olmasına həm ekoloji faktorlar, həm də onların keçirdiyi həyat tərzi təsir edir: 

HƏMÇİNİN BAX

“Kişilər ciddi şəkildə stress keçirirlər. Bununla yanaşı, onlarda zərərli vərdişlərə aludəçilik hallarına daha çox rast gəlinir. Aşkar alkoqol, siqaret çəkmək və sair kimi hallar buna misaldır. Eyni zamanda son illər oturaq həyat tərzi, çoxlu qida qəbulu kimi hallar da üstünlük təşkil edir. Təbii olaraq, bütün bunların hamısı kişilərin qadınlarla müqayisədə ömrünün az olmasına təsir edir. Xüsusi bir hormonal fərq olmasa da həyat tərzinin, stressin, ekoloji amillərin burada rolu çoxdur”.