-
- 7-08-2019, 17:38
- 729
“Semaşko”dan başına ağac düşən qızdan pul alınması iddialarına - CAVAB
1 saylı Kliniki Tibbi Mərkəzin həkimi Almasxan Zeynalov başına ağac budağı düşərək xəsarət alan Simnarə Qənbərlinin ittihamlarına cavab verib.
A.Zeynalov News24.az-a açıqlamasında xəstənin tibbi mərkəzə daxil olarkən yanında heç bir qohumunun olmadığını vurğulayıb:
“Təcili yardım maşını ilə pasiyent buraya daxil olan zaman onun heç bir qohumu yanında olmayıb. Xəstə daxil olan kimi başında yarası olduğuna görə sarğı otağına göndərilib. Orada yaraları tikilib.
Yarası tikilib qurtarana yaxın anası gəlib. Yarası tikildikdən sonra isə xəstə kompüter müayinəsinə göndərilib. Kəlləni kompüter müayinəsi etdikdən sonra sağ nahiyədə əzilmə müşahidə edilib.
Pasiyenti kompüter müayinəsi etdikdən sonra kəllə sümüklərində travmatik dəyişiklik qeydə alınmayıb. Nə qansızma, nə də kəllə sümüyündə sınıq olub”.
Həkim sözlərinə görə, anası qızını təkidlə xəstəxanadan çıxararaq evə aparıb: “Xəstənin anasına təklif olunub ki, o, xəstəxanada qalsın. Anası isə qızını evə aparmaq istəyib. Dedim ki, mən deyə bilmərəm ki, bu xəstəni götür, evə apar. Ancaq biz heç kəsi burada ayağından tutub çarpayıya bağlamırıq. Sadəcə nəzərlərinə çatdırdım ki, xəstə müalicə olunmalıdır. Qadın yenə də dediyindən dönmədi”.
Həkim həmçinin müayinə ilə bağlı diaqnozun nəticələrini xəstə yaxınlarının istəməli olduğunu, lakin ailənin belə bir tələblə müraciət etmədiyini deyib:
“Xəstənin diaqnozunu verməkdən ötrü müraciət olmalıdır. Qeydiyyat şöbəsində jurnalda o, fiksə olunub. O, arayış şəklində təqdim olunur. Yoxsa kompüterin, rentgenin cavabı ayrı-ayrılıqda verilmir” .
Almasxan Zeynalov xəstəxanada şikayətçidən pul alınmasına belə münasibət bildirib:
“Özü də gəldi, yoldaşı da gəldi, sual verdim ki, mən sizdən pul istəmişəm? Təcili yardımda buraya “bomj”, küçədə qalmış gəlir. Elə şey olar ki, qanın içində gələn xəstəyə yardım göstərməyəsən?! Adamın ən azından vicdanı olar. Buraya xəstələr gəlir, günlərlə yaxınlarını tapa bilmirik.
Bu, insanlığa uyğun gəlmir. Bizim xəstəxana haqqında hər şey danışırlar. Respublikanın ağır yükünü belində daşıyan bir kollektivə belə söz demək düzgün deyil”.
Qeyd edək ki, Bakıda avqustun 5-də güclü külək səbəbindən ağacın budağı qırılaraq 20 yaşlı Simnarə Qəmbərlinin üstünə aşıb. Hadisə nəticəsində xəsarət alan qız dərhal ətrafdakıların köməyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.Orada isə xəsarət alan şəxsdən müayinə üçün pul tələb olunub.