-
- 6-08-2019, 18:03
- 874
Küləkdə başına ağac düşən qızdan “Semaşko”ya ağır ittihamlar: Hamısı pul istəyir - VİDEO
Bakıda avqustun 5-də güclü külək səbəbindən ağacın budağı qırılaraq 20 yaşlı Simnarə Qəmbərlinin üstünə aşıb. Hadisə nəticəsində xəsarət alan qız dərhal ətrafdakıların köməyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
News24.az oxu.az-a istinadən xəbər verir ki, S.Qəmbərlinin atası İlqar Qəmbərli deyir ki, qızının başı yarılıb və ona beş tikiş vurublar, lakin qızını bir gün belə xəstəxanada saxlamayıb. Çünki, bunun üçün pul tələb ediblər:
“Mənə dünən saat 12 radələrində zəng vuruldu ki, ağacın budağının aşması nəticəsində qızınız ağır kəllə-beyin travması alıb. Ətrafdakı insanlar təcili yardıma zəng vurublar. Lakin təcili yardım əməkdaşları 20-30 dəqiqə gecikiblər. Sonra da qan içində olan qızıma dərhal müdaxilə etmədən gözləyiblər ki, nə vaxt valideynləri gələcək, pul verəcək, onlar da tikiş qoyacaqlar. Heç bir tibbi rəy, MRT olmadan tikiş ataraq qızımı evə göndəriblər. Bir kağız da verməyiblər ki, qızım bu travmanı təbii fəlakət nəticəsində alıb”.
Hadisədən sarsılan, hazırda isə vəziyyəti ağır olan S.Qəmbərli həkimlərin səhlənkarlığından şikayətçidir. Zərərçəkən onu tez bir zamanda evə buraxdıqlarını və heç bir müalicə yazmadıqlarını deyir:
“Təcili yardım çox gec gəldi. Mən həddindən artıq qan itirmişdim. 1 saylı Kliniki Tibbi Mərkəzə apardılar. Həkim isə çox gec gəldi. Kobud davranırdılar. Dedilər ki, istəyirsiniz qalın, istəmirsiniz qalmayın, məcburi deyil. Həkim isə çıxıb getdi. Anam nə qədər maraqlansa da, cavab vermədilər. Dövlət xəstəxanası olmasına baxmayaraq, çox pul ödədik. Həkimi, tibb bacısı - hamısı pul istəyir. Hətta tələbə yoldaşlarımdan belə pul alındı. Rəfiqəmdən 10 manat pul götürdülər”.
Səhiyyə Nazirliyindən isə şifahi olaraq bildiriblər ki, məsələ hazırda araşdırılır. Həkimin rüşvət almasına gəlincə, qurumdan bildiriblər ki, vətəndaş bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət etməlidir.