Namiq Əsgərovun vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi - AÇIQLAMA
    • 7-08-2019, 18:56
    • 545

Namiq Əsgərovun vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi - AÇIQLAMA

Baş prokurorun müavininin Şəmkir şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə müvafiq olaraq Azərbaycan Respublikası Baş prokurorunun müavini Namiq Əsgərovun Şəmkir və Tərtər rayon sakinləri ilə avqustun 9-na nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib.

Qəbul avqustun 16-da saat 10:00-da Şəmkir rayon prokurorluğunun inzibati binasında keçiriləcək.