-
- 7-08-2019, 21:18
- 538
İşçi ağacları suvararkən avtomobilin altında qaldı - ehtiyatsızlıqdan
Bakının Xətai rayonunda ağacların suvarılması faciə ilə yekunlaşıb.
Xətai Rayon Polis İdarəsindən News24.az-a verilən məlumata görə, avqustun 6-sı saat 07:00-də Babək prospektində, 1152 saylı binanın yanında Yaşıllaşdırma Təsərrüfat Birliyinin əməkdaşı, 1950-ci il təvəllüdlü Nəcəfov Vaqif Səttarxan oğlu ağacları suvararkən ehtiyatsız davrandığına görə yolun hərəkət hissəsinə yıxılıb və yaxından keçən “Ford” markalı avtomobilin təkəri altına düşüb.
Avtomobili idarənin digər işçisi 1959-cu il təvəllüdlü Minhaciddin Baqautdinov idarə edib.
Xəsarət alan V.Nəcəfov Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, dörd saatdan sonra aldığı xəsarətdən ölüb.
Faktla bağlı araşdırma aparılır.