WhatsApp-a yeni funksiyalar əlavə edildi
Sağlamlıq
Dünyanın ən məşhur mesajlaşma proqramı olan WhatsApp, istifadəçi təcrübəsini yaxşılaşdırmaq məqsədi daşıyan hərtərəfli yeniləmə təqdim edib.
News24.az xəbər verir ki,bu yeniləmə qrup söhbətlərindən təkbətək söhbətlərə, kanallardan iPhone-un eksklüziv xüsusiyyətlərinə qədər bir çox sahədə əhəmiyyətli təkmilləşdirmələri əhatə edir.
QRUP ÇATLARINDA ONLAYN STATUS
WhatsApp nəhayət qrup söhbəti istifadəçiləri üçün çoxdan gözlənilən funksiyanı işə saldı. İndi qrup çatlarında kimin onlayn olduğunu asanlıqla görə bilərsiniz.
Çatın yuxarısındakı yeni göstərici sayəsində hazırda hansı qrup üzvlərinin aktiv olduğunu izləmək mümkündür.
Bildiriş parametrlərində də mühüm yeniləmə edilib. İstifadəçilər indi yalnız onları qeyd edən mesajlar, cavablar və ya kontaktlarında saxlanılan şəxslərdən gələn mesajlar üçün bildirişlər ala bilər. Bu şəkildə bildiriş sıxlığı azalır və daha fərdi təcrübə təklif olunur.
TEK ÇATDA TƏDBİRLƏR YARATMAQ ASANLANIB
“WhatsApp” həm də təkbətək söhbətlərdə tədbirlər yaratmaq üçün dəstəyi işə salıb. İstifadəçilər indi ayrı-ayrı çatlarda hadisələr yarada, bu hadisələrə "bəlkə də" ilə cavab verə, tədbirə bitmə tarixi əlavə edə və asan daxil olmaq üçün hadisəni çatda sanclaya bilər.
IPHONE İSTİFADƏÇİLƏRİ ÜÇÜN XÜSUSİ YENİLİKLƏR
WhatsApp xüsusi olaraq iPhone istifadəçiləri üçün bir sıra yeniliklər də həyata keçirib. Artıq sənədləri iPhone-dan skan etmək və birbaşa WhatsApp vasitəsilə göndərmək olar.
KANALLARDA DƏ YENİLİKLƏR VAR
WhatsApp həmçinin kanallar üçün bəzi yeni funksiyalar təqdim edib. Kanal adminləri artıq qısa videolar çəkə və onları birbaşa izləyiciləri ilə paylaşa bilərlər.
Səma