Azərbaycanda bu cinayətlərin sayı artıb - RƏSMİ
    • 8-08-2019, 14:50
    • 828

Azərbaycanda bu cinayətlərin sayı artıb - RƏSMİ

Azərbaycanda bu ilin 6 ayında üstünlük təşkil edən cinayətlərin sayı açıqlanıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən bildirilib.

Cinayətlərin strukturunda qəsdən sağlamlığa ağır zərər vurma 7 fakt (-4,1%), oğurluqlar 61 (-1,7%), o cümlədən mənzillərdən oğurluqlar 61 (-4,6%), dələduzluqlar 351 (-24,2%), quldurluq 14 (-22,6%), hədə-qorxu ilə tələb etmə 9 (-19,1%), xuliqanlıq 115 fakt (-25,1%) azalmış, mənimsəmə və israf etmə 76 fakt (+1,3%), narkotik vasitələrlə bağlı cinayətlər 602 (+35,2%), qaçaqmalçılıq 53 (+2,4 d.), yol hərəkəti və nəqliyyat vasitələrin istismar qaydalarını pozma 39 fakt (+4,5%) artıb. /teleqraf.com/