Bakı və Ucar sakinlərindən SİLAH GÖTÜRÜLDÜ
    • 13-01-2020, 13:35
    • 983

Bakı və Ucar sakinlərindən SİLAH GÖTÜRÜLDÜ

Bakı və Ucar sakinlərində silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Albalılıq qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Hacıyevdən “TT” markalı tapança və 5 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ucar rayon sakini Ə.Əliyevdə müvafiq sənədləri olmayan “TOZ-B” markalı ov tüfəngi aşkar edilib.

Faktlarla bağlı araşdırma aparılır.