Qayıq qəzası: - Ölənlər var
Dünya
Çinin Hunan əyalətində qayıq qəzası baş verib.
News24.az xəbər verir ki, baş verən qayıq qəzasında 6 nəfər həyatını itirib.
Səlahiyyətlilər dünən yerli vaxtla saat 17:30 radələrində 6 nəfərin olduğu kiçik qayığın naməlum səbəbdən çevrildiyini bildirib. Hadisə yerinə sövq edilən axtarış-xilasetmə qrupları çayda 6 nəfərin cansız cəsədini aşkarlayıb.
Qəza ilə bağlı araşdırmalar davam edir.
Günel Məlikzaadə