Göyçayda ağır avtomobil qəzası baş verdi Ölənlər və yaralananlar var
    • 10-08-2019, 23:14
    • 1 032

Göyçayda ağır avtomobil qəzası baş verdi Ölənlər və yaralananlar var

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtoqəza rayonun Bığır kəndində qeydə alınıb. 
News24.azxəbər verir ki, kənd sakinləri Xəyal Məmmədov və Bulud Abışovun idarə etdiyi iki "VAZ 21011" markalı minik maşınının toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə zamanı xəsarət alan 7 nəfər xəstəxanaya çatdırılsa da, onlardan biri yolda keçinib.
Faktla bağlı araşdırmalara başlanılıb.