Göyçayda ağır avtomobil qəzası baş verdi
    • 17-08-2019, 20:21
    • 1 284

Göyçayda ağır avtomobil qəzası baş verdi

Göyçay rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində, Göyçay çayının üzərindəki körpüyə yaxın ərazidə qeydə alınıb.
"VAZ 2107" və "Chevrolite" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hələlik xəsarət alanların adları məlum deyil.
Faktla bağlı araşdırma aparılır.