"AzDrama"nın aktyoru:
    • 11-08-2019, 14:08
    • 2 403

"AzDrama"nın aktyoru: "Tamaşamı oynayıb, gedirəm taksi sürməyə" - FOTO

"Teatrdan aldığım maaş qane etmədiyinə görə, həmişə taksi fəaliyyəti göstərmişəm"


Bu sözləri Akademik Milli Dram Teatrının aktyoru İlyas Əhməd News24.az-a açıqlamasında deyib. 20 ildir teatrda çalışan İ.Əhməd sözlərinə belə davam edib: "Taksi sürücüsü kimi, dünəndən yox, həmişə fəaliyyət göstərmişəm. Serial var idi deyə, taksi sürücülüyünü dayandırmışdım. Maaş qane etmədiyinə görə, tamaşamı oynayıb, gedirəm taksi sürməyə".


Teymur MƏMMƏDOV