Keçmiş məhbus, cibgir saxlanıldı - Bu dəfə 1500 manat oğurladı
    • 12-08-2019, 16:08
    • 955

Keçmiş məhbus, cibgir saxlanıldı - Bu dəfə 1500 manat oğurladı

Bakı şəhər sakini F.Rzayevin cibindən pul kisəsini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər NazirliyindənNews24.az-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 10-da Bakı şəhər sakini F.Rzayevin cibindən içərisində 1500 manat və sənədlər olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş T.Talıbzadə saxlanılıb.