-
- 13-08-2019, 15:44
- 770
Fuad Abbasov Rusiya Ali Məhkəməsinə apellyasiya ŞİKAYƏTİ VERDİ
İyun ayının 26-dan Rusiyadan Azərbaycana deportasiya olunan jurnalist Fuad Abbasov bununla bağlı verilən qərardan Rusiya Ali Məhkəməsinə apelyasiya şikayəti verib.
Bu barədə New24.az-a jurnalistin özü məlumat verib.
Onun sözlərinə görə, Rusiya məhkəməsinin verdiyi qərar tamamilə qeyri-qanunidir: "Mən Rusiya qanunlarını heç vaxt pozmamışam. Orada yaşama iznimin ləğv olunması haqda iniyədək heç bir əsas göstərilməyib. Bunun üçün ciddi səbəb göstərilməliydi. Yəni mən Rusiya qayda qanunlarını o şəkildə pozmalıydım ki, orda yaşamaq haqqım əlimdən alınsın. Bu, terror, ekstremizm, ciddi bir xəstəlik, və s. ola bilərdi. Təbii ki, onların belə bir əsası olmadığı üçün heç bir səbəb göstərilmədi.
Bu səbəbdən də biz Rusiya yüksək məhkəməsinə müraciət etmişik və cavabı gözləyirik. Əgər burada da Ximski Şəhər Məhkəməsi və Moskva Əyalət Məhkəməsi kimi, əvvəlcədən hazırlanmış sifarişli qərarları qəbul olunsa, Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyik".
Jurnalist hazırda işsiz olduğundan da danışıb: "Heç bir ciddi işim yoxdur. Misra.ru" saytı, sosial şəbəkələrdən başqa heç nə ilə məşğul deyiləm. Yalnız bazar günləri canlı yayımlarım olur. Əlbəttə, adamın stabil gəlir yeri yoxdursa, maddi vəziyyətinin yaxşı olmasından bəhs etmək də olmaz. Amma ümid edirəm ki, gec-tez bütün maddi problemlər öz həllini tapacaq".
Afaq Mirayiq