Milli antivirus proqramı gələn ay İSTİFADƏYƏ VERİLƏCƏK
    • 15-08-2019, 16:17
    • 684

Milli antivirus proqramı gələn ay İSTİFADƏYƏ VERİLƏCƏK

Azərbaycan gələn ay milli antivirus proqramını istifadəyə verməyə hazırlaşır. 

Bu  barədə hökumətdəki mənbə bildirib. 

“Hazırda antivirus proqramının üzərində son işlər gedir. Bu işlərin sentyabrda yekunlaşdırılması nəzərdə tutulub. Proqramın adı hələ ki, müəyyən edilməyib”, - deyə mənbə qeyd edib. 

Xatırladaq ki, proqramın hazırlanması barədə ilk dəfə bu ilin mart ayında Bakıda keçirilmiş "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində məlumat verilib. /report/