Xaçmazda baş verən ağır yol qəzasında 1 nəfər öldü- 6 yaralı SİYAHI
    • 16-08-2019, 09:00
    • 751

Xaçmazda baş verən ağır yol qəzasında 1 nəfər öldü- 6 yaralı SİYAHI

Xaçmaz-Quba yolunun Yergüc kəndi ərazisindən keçən hissəsində əks istiqamətlə hərəkət edən iki minik avtomobilinin toqquşması nəticəsində Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına 6 nəfər çatdırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yaralılar - Quba rayon Birinci Nügədi kənd sakini, 40 yaşlı Xəzər Ağamirzə oğlu Ələkbərov, Quba rayon Ağbil kənd sakinləri – 26 yaşlı Arif Əmrəli oğlu Eyyubov,  37 yaşlı Fərhad İmran oğlu Eyyubov, 27 yaşlı Orxan Məhəmməd oğlu Pirimov və 28 yaşlı Sadıq Sarvan oğlu İskəndərovdur.

Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Xəstəxanada hazırda bir nəfər qalıb. O da 40 yaşlı Xəzər Ağamirzə oğlu Ələkbərovdur ki, onun da sağ diz oynağı əzilib və cırılmış yarası, hər iki dirsək sümüyü sınıb, çənəsi əzilib, yaraları cırılıb.

Xəstəxanadan o da bildirilib ki, yaralılardan Quba rayon Birinci Nügədi kənd sakini, 57 yaşlı Elman Həsən oğlu Babayev aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.