Uşağı vurub qaçdı, ona kömək etmək istəyən başqa sürücünün özü qəzaya düşdü - ikisi də öldü
    • 21-08-2019, 22:56
    • 1 007

Uşağı vurub qaçdı, ona kömək etmək istəyən başqa sürücünün özü qəzaya düşdü - ikisi də öldü

Quba rayonunda avtomobillə vurulan yeniyetməni xəstəxanaya çatdırmaq istəyən şəxs qəzaya düşərək ölüb.
News24.az Report-a istinadən xəbər verir ki, hadisə Rustov kəndində baş verib. Belə ki, kənd ərazisində 2015-ci il təvəllüdlü Renat Mahir oğlu Orucəliyevi avtomobil vurub. Uşağı vuran sürücü isə hadisə yerindən qaçıb.
Kənd sakini, 1992-ci il təvəllüdlü Emin Səfərəli oğlu Əzizov yaralı uşağı, uşağın anasını və nənəsini öz avtomobilinə mindirərək, Quba Rayon Mərkəzi Xəstəxanasına aparıb. Lakin yolda digər avtomobil tərəfindən vurulub.
Nəticədə, 3 uşaq atası olan sürücü Emin Əzizov hadisə yerində, 4 yaşlı uşaq isə xəstəxanada ölüb. Uşağın anası və nənəsi ağır bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və hazırda onlar müalicə olunurlar.
Faktla Quba Rayon Prokurorluğunda araşdırma aparılır.