Huawei-dən böyük addım

Huawei-dən böyük addım Dünya

Texnologiya nəhəngi Huawei, yeni Kirin X90 PC prosessoru ilə masaüstü kompüter bazarına iddialı bir giriş etməyə hazırlaşır.

News24.az xəbər verir ki. bu addım Huawei-nin yerli HarmonyOS əməliyyat sistemini ilk dəfə olaraq fərdi kompüterlərə (PC) gətirmək strategiyasının əsasını təşkil edir.

Sızdırılan məlumata görə, 'Charlotte Pro' kod adlı Kirin X90 10 nüvəli arxitektura (4+4+2) və Hyper-Threading ilə 20 iplik təqdim edərək, çoxlu tapşırıqların performansını artıracaq.

Daha sürətli Maleoon 920 GPU-nu ehtiva edəcək prosessorun Huawei-nin bu il təqdim etdiyi Kirin 9010-un masaüstü versiyası ola biləcəyi deyilir.

Kirin X90-ın ən diqqət çəkən xüsusiyyətlərindən biri Çinin milli kriptoqrafiya standartları olan SM3 və SM4 şifrələməsi üçün aparat səviyyəsində dəstək olacaq.

Huawei-nin ilin sonuna qədər təqdim etməyi planlaşdırdığı ilk HarmonyOS əməliyyat sistemi ilə işləyən noutbuklarında Kirin X90 PC prosessorundan istifadə edəcəyi gözlənilir.

Səma