Xərçəngə səbəb olan 5 - VƏRDİŞ
Sağlamlıq
Doktor Mikkael Sekeres, fərqinə varmadan hər gün edilən bəzi vərdişlərin xərçəng riskini artıra biləcəyi barədə xəbərdarlıq edib. Sekeres, siqaret və alkoqol kimi məlum risklərlə yanaşı, sağlam görünən bəzi seçimlərin və məşhur vərdişlərin də sağlamlıq üçün ciddi təhlükələr yarada biləcəyini söyləyib.
News24.az xəbər verir ki, 2010-2019-cu illər arasında 2 milyondan çox gənc xəstə üzərində aparılan müayinələr erkən yaşlarda xərçəng riskinin ciddiliyini üzə çıxarıb.
Budur xərçəngə səbəb olan 5 vərdiş:
1. Həddindən artıq isti içkilər istehlak etmək
Ənənəvi olaraq sağlam hesab edilən çay və qəhvə kimi isti içkilər yüksək temperaturda istehlak edildikdə yemək borusu və boğaz xərçəngi riskini artıra bilər.
Çində aparılan bir araşdırma göstərib ki, 60°C-dən daha isti çay içən və spirtli içki qəbul edən insanlarda qida borusu xərçənginə tutulma riski 5 dəfə artır. İngiltərədə aparılan başqa bir araşdırma, gündə 4-6 stəkan isti içki qəbul edənlərin riskin demək olar ki, iki dəfə artdığını göstərib.
2. QRİL EDİLMİŞ /EMAL EDİLMİŞ ƏT
Yüksək temperaturda bişmiş ət, xüsusilə kolbasa, hamburger və biftek kimi qızardılmış məhsullar xərçəngə səbəb ola biləcək kimyəvi maddələrin əmələ gəlməsinə səbəb olur. Heterosiklik aminlər və polisiklik aromatik karbohidrogenlər adlanan bu maddələr DNT zədələnməsinə və iltihaba səbəb ola bilər. Sekeres qızardılmış ət istehlakını ayda bir dəfə məhdudlaşdırmağı tövsiyə edir.
3. SAÇ BOYASI VƏ DÜZLƏŞDİRİCİLƏR
Doktor Sekeres, saç boyaları, kimyəvi düzləşdiricilərin tərkibində olan formaldehid, ftalat kimi maddələrin hormonal sistemə zərər verə biləcəyini, döş və yumurtalıq xərçəngi kimi hormona həssas xərçəng riskini artıra biləcəyini ifadə edib. 2020 və 2022-ci illərdə aparılan araşdırmalar bu məhsullardan müntəzəm istifadə edən qadınlarda döş və uşaqlıq yolu xərçəngi nisbətlərinin daha yüksək olduğunu ortaya qoyub.
4. TATU
ABŞ-da hər üç nəfərdən birinin ən azı bir döyməsi var. Bununla belə, bəzi tədqiqatlar göstərir ki, döymə mürəkkəbindəki kimyəvi maddələr immunitet sisteminə təsir edə bilər və lenfoma kimi xərçəng növləri riskini artıra bilər. Doktor Sekeres bu tapıntıların hələ qəti olmadığını bildirsə də, diqqətli olmaq lazım olduğunu bildirir.
5. TÜTÜN MƏHSULLARI
Siqaretdən daha az zərərli olduğu düşünülsə də, qəlyan uzun müddət içinə çəkilən yüksək miqdarda tüstü səbəbiylə ciddi xərçəng riski daşıyır. Araşdırmalar göstərir ki, qəlyan çəkən insanların qaraciyər, ağciyər və baş-boyun xərçəngindən ölmə riski daha yüksəkdir. Şekeres siqaret və qəlyanla bağlı xəbərdarlıq edərək, “Tütün istehlakının hər cür növündən qaçınılmalıdır” deyib.
Doktor Sekeres, bu vərdişlərin hər birinin fərqli risk səviyyələri daşıdığını, lakin siqaret və spirt istehlakının hələ də ən yüksək risk faktorları arasında olduğunu vurğulayır.
Günel Məlikzadə