Silah anbarında Güclü PARTLAYIŞ oldu: - Çox sayda ÖLƏN VAR - Bu ölkədə...
Dünya
İndoneziyanın Qərbi Yava əyalətində köhnə silah-sursatın zərərsizləşdirilməsi zamanı güclü partlayış olub.
News24.az Musavat.com-a istinadən xəbər verir ki, yerli vaxtla səhər saat 09:30 radələrində baş verən hadisə nəticəsində azı 13 nəfər həyatını itirib.
Ölənlər arasında 4 hərbçi və 9 mülki vətəndaşın olduğu bildirilir.
Hadisənin başvermə səbəbləri ilə bağlı istintaq davam edir.