Ronaldonun oğlu millidə debüt etdi
İdman
"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldonun 14 yaşlı oğlu Ronaldo Juniyor Portuqaliyanın U-15 yığmasında debüt edib.
QOL.az xəbər verir ki, komanda Xorvatiyada keçirilən beynəlxalq turnirdə Yaponiya ilə qarşılaşıb. Görüş portuqaliyalıların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
40 yaşlı hücumçunun oğlu meydana oyunun 54-cü dəqiqəsində meydana daxil olub. Bu qarşılaşma 14 yaşlı futbolçu üçün ilk rəsmi oyun olub. Klub səviyyəsində Ronaldo Juniyor Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun formasını geyinir.
Qeyd edək ki, Portuqaliya yığması Turnir çərçivəsində növbəti görüşdə Yunanıstanla qarşılaşacaq.