Tərtərdə traktor kəməri zədələdi- 12 kənd qazsız qaldı
    • 16-08-2019, 17:20
    • 671

Tərtərdə traktor kəməri zədələdi- 12 kənd qazsız qaldı

Tərtər Regional Qaz İstismar İdarəsinin xidməti ərazisində körpü-tunel tikintisi ilə məşğul olan təşkilata məxsus traktor qazıntı işləri zamanı orta təzyiqli qaz xəttini zədələyib. 

«Azəriqaz» İB-dən News24.az-a verilən məlumata görə, yaranmış vəziyyətə görə axşam saat 15.30-dan etibarən 12 kəndin qaz təchizatı dayandırılıb.