Avtomobili sürdüyü an ürəyi tutdu, hasara çırpıldı
    • 16-08-2019, 21:51
    • 772

Avtomobili sürdüyü an ürəyi tutdu, hasara çırpıldı

Gəncə şəhərində yol-qəza hadisəsi baş verib. 
News24.az -ın verdiyi xəbərə görə, şəhərin Şah İsmayıl Xətai prospektində 1958-ci il təvəllüdlü Əliyev Surxay Qəzənfər oğlu idarə etdiyi "QAZ-3110" markalı avtomobillə hərəkətdə olarkən ürəyi tutub. Nəticədə sürücü avtomobili yol kənarındakı hasara çırpıb.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirlilən sürücünün vəziyyətinin ağır olduğu bildirlir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.