Tərtər sakinlərindən SİLAH GÖTÜRÜLDÜ
    • 19-02-2020, 10:55
    • 842

Tərtər sakinlərindən SİLAH GÖTÜRÜLDÜ

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Tərtər rayonu Qaynaqlı kənd sakinləri A.Nəbiyev və U. Fərəcovun evlərindən 2 ədəd “TOZ-16” markalı müvafiq sənədləri olmayan tüfəng aşkar edilərək götürülüb. 

Faktlarla bağlı araşdırma aparılır.