-
- 19-08-2019, 17:41
- 1 426
Oğlu həbs olunan DEPUTAT: "dərin təəssüf hissi keçirirəm..."
Milli Məclisin deputatı İqbal Məmmədov “Relax” İstirahət və Turizm Mərkəzində baş verən insidentlə əlaqədar KİV-də yayılan məlumatlara aydınlıq gətirib.
News24.az-ın xəbərinə görə, bunu deputat İ.Məmmədov bildirib ki, “Relax” İstirahət və Turizm Mərkəzinin təsisçisi və rəhbəri onun qardaşı Məmmədov Çingiz Nəriman oğludur: “İstirahət mərkəzində baş vermiş insidentlə əlaqədar dərin təəssüf hissi keçirir və mərkəzin əməkdaşlarının hərəkətlərini qəti şəkildə pisləyirəm. Məzuniyyətdən qayıtdıqdan sonra bu barədə mənə məlumat verdilər. Vergilər Nazirliyi tərəfindən aparılan araşdırmalara köməklik məqsədi ilə yoxlama komissiyasına zəruri sənədlərin təqdim olunması təmin ediləcək. Mərkəzin Azərbaycan Dövlət Neft Şirkətinə məxsus olması ilə bağlı bəzi KİV-də yayılan məlumatlar yalandır və heç bir hüquqi əsası yoxdur. Ümid edirəm ki, qanun pozuntularına yol vermis şəxslər barəsində qanunamüvafiq qərarlar qəbul ediləcək”. //APA