Hansı sahələrdə nə qədər əməkhaqqı verilir? – TAM SİYAHI

Hansı sahələrdə nə qədər əməkhaqqı verilir? – TAM SİYAHI İqtisadiyyat

Bu ilin ilk rübü ərzində Azərbaycanda qeyri-dövlət (özəl) sektorunda ən yüksək əməkhaqqı mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi sahəsində verilib.

Bu sahədə işləyənlərin orta aylıq əməkhaqqı 5 383 manat 50 qəpik təşkil edir.

Özəl sektorda ən aşağı əməkhaqqı isə geyim istehsalı sahəsində verilir – 451 manat 60 qəpik.

Açıqlanan məlumatlardan da göründüyü kimi, Azərbaycanda özəl sektorda ən yüksək və ən aşağı əməkhaqqı arasında 12 dəfə fərq var.

Qeyd edək ki, əməkhaqqısı 5 000 manatı keçən digər sahə isə xam neft və təbii qaz hasilatı sahəsidir – burada orta aylıq əməkhaqqı 5 370 manat 60 qəpik səviyyəsindədir. İlk beşlikdə, həmçinin rabitə (3 582,9 manat), hava nəqliyyatı (3 173,1 manat) və mərkəzi ofislərin fəaliyyəti və idarəetmə sahəsi (2 933,7 manat) yer alır.

Ümumilikdə, 75 sahədən 44-də əməkhaqqı 1 000 manatdan yuxarıdır. Bu sahələrə yüksək texnologiyalar, maliyyə, nəqliyyat, neft-qaz və sənaye sahələri daxildir.

Əməkhaqqının 500 manatdan aşağı olduğu 5 fəaliyyət sahəsi mövcuddur.

Azərbaycanda iqtisadi fəaliyyət növləri üzrə qeyri-dövlət sektorunda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı aşağıdakı kimi olub.

1.  Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi – 5383,5 manat


2.  Xam neft və təbii qaz hasilatı – 5370,6 manat


3.  Rabitə – 3582,9 manat


4.  Hava nəqliyyatının fəaliyyəti – 3173,1 manat


5.  Mərkəzi ofislərin fəaliyyəti və idarəetmə sahəsində fəaliyyət – 2933,7 manat


6.  Su nəqliyyatının fəaliyyəti – 2774,6 manat


7.  Maliyyə fəaliyyəti – 2509,8 manat


8.  Memarlıq, mühəndis axtarışları; texniki məsləhətlər verilməsi sahəsində fəaliyyət – 2445,6 manat


9.  Sığorta, təkrar sığorta və pensiya təminatı – 2388,7 manat


10.  Reklam fəaliyyəti və bazarın öyrənilməsi – 2336,1 manat


11.  Elmi tədqiqatlar və işləmələr – 2081,1 manat


12.  Proqram təminatının işlənməsi, bu sahədə məsləhətlər və bununla əlaqədar fəaliyyət – 1962,4 manat


13.  Metal filizlərinin hasilatı – 1859,9 manat


14.  İnсəsənət sahəsində sair fəaliyyətin göstərilməsi və mədəni-kütləvi əylənсəli tədbirlərin həyata keçirilməsi – 1786,6 manat


15.  Maliyyə xidmətləri və sığorta sahəsində yardımçı fəaliyyət – 1779,7 manat


16. Koks və təmizlənmiş neft məhsullarının istehsalı – 1733,3 manat


17. Tullantıların yığılması, emalı və məhv edilməsi; istehsalat tullantılarından təkrar istifadə edilməsi – 1691,0 manat


18.  Kompyuter, elektron və optik məhsulların istehsalı – 1668,9 manat


19.  Maşın və avadanlıqların quraşdırılması və təmiri – 1664,7 manat


20. Tütün məmulatlarının istehsalı – 1609,3 manat


21.  Kimya sənayesi – 1546,8 manat


22.  Qumar oyunlarının təşkili və mərс çəkmək üzrə fəaliyyət – 1517,1 manat


23.  İctimai birliklərin (təşkilatların) fəaliyyəti – 1502,8 manat


24.  İnformasiya xidmətləri fəaliyyəti – 1414,2 manat


25.  Anbar təsərrüfatı və yardımçı nəqliyyat fəaliyyəti – 1352,1 manat


26.  İxtisaslaşdırılmış tikinti işləri – 1299,5 manat


27.  Avtomobil, qoşqu və yarımqoşquların istehsalı – 1297,4 manat


28.  Hüquq və mühasibat uçotu sahəsində fəaliyyət – 1294,6 manat


29. Biznesin mühafizəsinə yönəldilmiş inzibati və sair əlavə fəaliyyət – 1292,5 manat


30.  Əczaçılıq məhsullarının istehsalı – 1248,3 manat


31.  Proqramların tərtib edilməsi, radio və televerilişlərin translyasiya edilməsi ilə əlaqədar fəaliyyət – 1137,6 manat


32.  İstirahət və əyləncənin təşkili üzrə idman və digər fəaliyyət – 1144,3 manat


33.  Kinofilmlərin, video və televiziya proqramlarının istehsalı, səsyazma və musiqi nəşirləri ilə əlaqədar fəaliyyət – 1147,5 manat


34.  Metallurgiya sənayesi – 1135,0 manat


35.  Elektrik avadanlıqlarının istehsalı – 1126,1 manat


36.  Digər qeyri-metal mineral məhsulların istehsalı – 1124,7 manat


37. Yaşayış üçün yerlər tərəfindən xidmətlərin göstərilməsi – 1106,5 manat


38. Kompyuterlərin, şəxsi istifadə əşyalarının, məişət mallarının təmiri – 1070,7 manat


39. Binaların tikintisi – 1066,0 manat


40.  Kağız və karton istehsalı – 1064,9 manat


41.  İçki istehsalı – 1064,8 manat


42. Kitabxana, arxiv, muzeylərin və digər mədəniyyət müəssisələrinin fəaliyyəti – 1054,9 manat


43. Daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 1034,9 manat


44.  Sair nəqliyyat vasitələrinin istehsalı – 1019,8 manat


45.  Məşğulluq sahəsində fəaliyyət – 1011,6 manat


46.  Topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri – 1007,2 manat


47.  Kirayə və lizinq fəaliyyəti – 1003,5 manat


48.  Mədənçıxarma sənayesinin digər sahələri – 998,2 manat


49.  Balıqçılıq və balıqyetişdirmə – 989,6 manat


50.  Avtomobil və motosikletlərin satışından başqa, topdan satış – 954,6 manat


51.  Təhsil – 952,8 manat


52.  Maşın və avadanlıqların istehsalı – 915,0 manat


53.  Yerüstü və boru kəməri nəqliyyatlarının fəaliyyəti – 900,6 manat


54.  Səyahət agentliklərinin və turoperatorların əvvəlсədən sifariş etmə xidməti və bununla əlaqədar fəaliyyət – 888,3 manat


55.  Rezin və plastmas məmulatların istehsalı – 846,1 manat


56.  Maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı – 832,0 manat


57.  Toxuculuq sənayesi – 803,6 manat


58.  Çirkli suların yığılması və emalı – 799,2 manat


59.  Poçt və kuryer fəaliyyəti – 679,8 manat


60.  Baytarlıq fəaliyyəti – 666,2 manat


61.  Suyun yığılması, təmizlənməsi və paylanması – 664,3 manat


62.  Poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara çoxaldılması – 662,2 manat


63.  İçki və yeməklərin satışı ilə əlaqədar xidmətlərin göstərilməsi – 658,4 manat


64.  Sosial xidmətlərin göstərilməsi – 657,1 manat


65.  Avtomobil və motosikletlərin satışından başqa pərakəndə satış – 650,1 manat


66.  Meşə təsərrüfatı və bu sahədə xidmətin göstərilməsi – 649,4 manat


67.  Bitkiçilik və heyvandarlıq, ovçuluq və bu sahələrdə xidmətlərin göstərilməsi – 643,4 manat


68.  Sair sənaye məhsullarının istehsalı – 612,7 manat


69.  Mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı – 595,6 manat


70.  Dövlət idarəetməsi və müdafiə; sosial təminat – 587,6 manat


71.  Mebellərin istehsalı – 507,7 manat


72.  Binalar və mənzərələrin dəyişdirilməsi üzrə xidmətlərin göstərilməsi – 505,0 manat


73.  Yaşayışa təminatsız sosial xidmətlərin göstərilməsi – 498,9 manat


74. Dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı – 499,3 manat


75.  Geyim istehsalı – 451,6 manat


Yeniavaz.com