"Covid-19-dan sonra infarkt cavanlaşdı"

"Covid-19-dan sonra infarkt cavanlaşdı" Sağlamlıq

"Son dönəmlərdə belə bir fikir yayılıb ki, Covid-19-dan sonra infarkt artmağa, cavanlaşmağa başlayıb. Mən bu fikirlərlə razılaşmıram".

News24.az xəbər verir ki, bu sözləri kardioloq Vüsal Xankişiyev deyib. Onun sözlərinə görə, infarkt hallarının artması Covid-19-la əlaqəli deyil, son 20 ilin ümumi tendensiyası ilə bağlıdır::

"Bunun səbəbi isə insanların oturaq həyat tərzinə üstünlük verməsidir. Eyni zamanda, qidalanma tərzimiz də dəyişib, yəni, daha çox "fast-food"lara meyil edirik. Həmçinin, alkoqol, siqarət və sair kimi zərərli maddələrin istifadəsi də artıb",- deyə o bildirib.

Daha ətraflı videomaterialda:

Günel Məlikzadə