Qənirə Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti ilə GÖRÜŞDÜ - FOTO
    • 20-08-2019, 11:11
    • 872

Qənirə Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti ilə GÖRÜŞDÜ - FOTO

Millət vəkili Q.Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşüb, Azərbaycanla bağlı geniş məlumatlar verib.

News24.az xəbər verir ki, Millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşüb. Görüşdə Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividada Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətin müxtəlif sahələrində rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumatlar verlib. Qarabağ həqiqətləri ilə də bağlı Ümumdünya Qadın Sammitinin prezidenti məlumatlandırılıb.

 Azərbaycan mədəniyyəti, həqiqətləri ilə bağlı materialları Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividada təqdim edən millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva “sizi hər zaman Azərbaycanda görməkdən şad olacağıq” deyib. Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividad rəhbərlik etdiyi təşkilatın Azərbaycanla da münasibətlərin inkişafına önəm verdiyini deyib və Azərbaycan münayəndə heyətinin sammitin işində iştirak edən ən fəal heyətlərdən biri olmasından, hər il Azərbaycanın sammitdə daha geniş təmsil olunması ilə yanaşı müzakirələrdə artan fəallığının da məmuniyyətverici olduğunu deyib.

O, bildirib ki, qadınların bütün sahələrdə fəallığının genişlənməsində rol model qadınların üzərinə böyük vəzifələr düşür və Azərbaycan qadınlarına uğurlar diləyib. Q.Paşayeva ona Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə hazırlanmış Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib.