Qənirə Paşayeva gənc qadınlara çağırış etdi - FOTO - VİDEO
    • 19-11-2019, 13:12
    • 853

Qənirə Paşayeva gənc qadınlara çağırış etdi - FOTO - VİDEO

Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” II Forumunda geniş məruzə ilə çıxış edib və qadınlara çağırış edib.

News24.az xəbər verir ki, çoxlu sayda gənc qızların qatıldığı tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, hansı ölkələrdə qadınların dövlətin və cəmiyyətin idarə olunmasından başlayaraq həyatın bütün sahələrində kişilərlə bərabərliyinin təmin olunması istiqamətində ciddi işlər görülürsə, orada daha çox uğurlar var. O deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək, Azərbaycan dövlətinin prioritetləri sırasındadır və qadınların iş dünyasında, iqtisadiyyatda, biznesdə rolunun genişləndirilməsi istiqamətində ciddi addımlar atılır, önəmli layihələr həyata keçirilir.

Millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatda və biznesdə rolunun artırılması istiqamətində görülən işlər və görülən işlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük xidmətlərini xüsusi vurğulayıb. Toplumun və dünyanın inkişafı qadınların təhsilindən və inkişafından keçdiyini deyən millət vəkili bildirib ki, savadlı cəmiyyət savadlı anadan keçir.

Millət vəkili Q.Paşayeva uğur qazanmanın yolları ilə bağlı və bu yolda adımlamaq üçün hansı məsələlərə xüsusi diqqət yetirilməsi ilə bağlı fəal qadınlarla öz fikirlərini bölüşüb. Və ən əsası, gənc qadınlar  özlərini qorxuzmadan, özlərinə inanaraq qarşıya qoyduqları hədəfə doğru qətiyyətlə addımlamalıdırlar”, - deyən millət vəkili Q.Paşayeva uğur qazanmaq istəyən qadınlarımızı ilk öncə özünə güvənməyə, arzularına inanmağa səsləyib və bunu uğura gedən yolun açarı adlandırıb. Millət vəkili Q.Paşayeva fəal qadınlar qarşısında uğur qazanmanın yolları ilə    bağlı geniş məruzə ilə çıxış edib.

Ölkəmizdə bu gün qadınlara yaradılan imkanların daha da artdığını vurğulayan millət vəkili qadınlarımızı daha fəal olmağa səsləyib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib və daima yanınızdayıq deyib.