12 yaşlı uşaq pult batareyasını - UDDU
Hadisə
Moskvada G.N. Speranski adına Uşaq Xəstəxanasının həkimləri təsadüfən televizorun pultundakı barmaq tipli batareyanı udan 12 yaşlı oğlan uşağını xilas ediblər.
News24.az xəbər verir ki, bu barədə Moskva Səhiyyə Departamentinin mətbuat xidməti məlumat yayıb.
Valideynləri uşağı dərhal xəstəxanaya gətiriblər və onun televizor pultundakı batareyanı udduğunu bildiriblər. Yad cisim kor bağırsağa qədər düşüb.
Həkimin sözlərinə görə, batareya hələ oksidləşməyə başlamayıb, bu səbəbdən kimyəvi yanıq baş verməyib. Uşaq iki gün sonra tamamilə sağlam şəkildə evə buraxılıb.
Məryəm İlhamqızı