Bədəndə mis çatışmazlığı saçın tökülməsi, zəiflik, yorğunluq, qusma və diareyaya səbəb olur
    • 22-08-2019, 00:03
    • 3 061

Bədəndə mis çatışmazlığı saçın tökülməsi, zəiflik, yorğunluq, qusma və diareyaya səbəb olur

Mis insanın həyat fəaliyyəti üçün vacib və əvəzedilməz mikroelementlərdən biridir. İnsan orqanizmində 1.57-3.14 millimol mis var. Bu miqdarın yarısı əzələ və sümüklərdə, 10 faizi isə qaraciyər toxumasındadır. İnsan orqanizmində mis mübadiləsində əsas rolu qaraciyər oynayır. Onun orqanizmdə əsas funksiyaları mitoxondriyalardan enerjini xaric etmək, birləşdirici toxumalarda kollagen və elastini, dəridə isə melanini sintez etmək, seroton, histomin və dopamini parçalamaq və s.
Mis bir antioksidantdır. Bu mikroelementin məsləhət görülən sutkalıq dozası 1-1.5 milliqramdır. Orqanizmdə misin çatışmazlığı leykopeniya, neyropeniya, immun reaksiyaların pozulması, T limfosidlərin aktivləşməsi, osteoporoz, saçın tökülməsi, dərinin piqmentasiyası, zəiflik, yorğunluq və bir sıra digər formalarda özünü büruzə verə bilər. Təbii mis mənbələri olaraq küncüt, inək qaraciyəri, günəbaxan tumu, keşniş, mərcimək, dəfnə yarpağı, sarımsaq, nar, cəfəri, heyva, üzüm, kartof və bir sıra digər bitki növlərini misal çəkmək olar.
Misin sulfat əvəzedici terapiya üçün ən geniş yayılmış forması olmasına baxmayaraq, onun orqanik formaları daha çox bioaktiv ola bilər. Bu mikroelement tərkibli preparatlar daxilə yemək arası qəbul olunur. Yaxşı olar ki, gündəlik doza bərabər hissələrə bölünsün. Bu mikroelement tərkibli preparatların orqanizmə günlük qəbul miqdarının aşılması qarında ağrı, ürəkbulanması, qusma və diareyaya, daha yüksək miqdarı isə qaraciyər zədələnməsinə səbəb ola bilər.