-
- 26-07-2019, 22:55
- 1 455
Orqanizmdə yod çatışmazlığı
İnsan orqanizmində 25 milliqram yod var, onun 15 milliqramı qalxanvarı vəzdə, qalan hissəsi əsasən qaraciyər, böyrək, dəri, tük və dırnaqlardadır. News24.az orqanizmdə yod çatışmazlığı endemik ur, hipotireoz, baş-beynin funksiyasının pozulması, yaddaş, eşitmə və görmə qabiliyyətlərinin zəifləməsi, apatiya, konyunktivit, qəbizlik, dəri və selikli qişalarda quruluqlar, arterial təzyiqin azalması, ürəkdöyünmənin zəifləməsi, saçın tökülməsi, enerji çatışmazlığı kimi fəsadlar yaradır.
Yod qalxanabənzər vəzin hormonlarının tərkibinə daxildir. Bu mikroelement tərkibli hormonlar boy, inkişaf, enerji və istilik mübadiləsini tənzimləyir, yağların, zülalların, karbohidratların oksidləşməsini artırır. Bu hormonlar xolesterinin parçalanmasını aktivləşdirir, ürək-damar sisteminin funksiyasının tənzimlənməsində iştirak edir, mərkəzi sinir sisteminin inkişafı üçün vacibdir.
Qanın laxtalanması və trombun əmələ gəlməsinə mane olur. Yodla zəngin olan qida məhsulları dəniz kələmi, feyxoa, treska balığı, yodlaşdırılmış duz, lobya, ət, yumurta, buğda unu, kələm, yağ, qaraciyər, çuğundur, kök, süd və kartofdur. Bu mikroelement tərkibli preparatlardan fərqli olaraq dəniz kələmində olan orqanik yod yaxşı həzm olunur və uzun müddət orqanizmdə qalır.
Yodun orqanizmdə çoxluğunun əlamətləri ağız suyunun artması, selikli qişada şişkinlik, göz yaşarması, səpki və zökəmlə müşahidə edilən allergik reaksiya, ürəkdöyünmə, əsnəmə, əsəbilik, yuxusuzluq, tərləmənin artması, ishal hallarıdır. Qeyd etmək lazımdır ki, selenin defisiti yod azlığına da səbəb ola bilər. Beləliklə, yod defisiti ilə mübarizə zamanı selen defisiti və onu əmələ gətirən səbəblərlə də mübarizə etmək lazımdır.