Bərdədə yaşıllıq sahəsində yanğın - FOTOLAR
    • 22-08-2019, 12:53
    • 590

Bərdədə yaşıllıq sahəsində yanğın - FOTOLAR

Bərdə rayonunda 1 hektardan çox ərazini əhatə edən yaşıllıq sahəsi yanıb. 

News24.az-ın xəbərinə görə, hadisə rayonun Üzeyir Hacıbəyov küçəsində yerləşən yaşıllıq sahəsində baş verib. Yanğın 1 hektardan çox quru otlaq sahələrini əhatə edib. Bir neçə iri gövdəli ağaca ziyan dəyib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Bərdə rayon yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Yanğın söndürənlərin köməkliyi ilə alov söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.