Zəncirlənən uşaqla bağlı xalası danışdı:
    • 22-08-2019, 21:52
    • 693

Zəncirlənən uşaqla bağlı xalası danışdı: "Evdən pul oğurlayır, alkoqollu içkilər qəbul edir"-VİDEO

Ötən gün Bakının Nəsimi rayonunda anası tərəfindən zəncirlənən 2010-cu il təvəllüdlü azyaşlı Suraxanı rayonu 2 saylı uşaq evinə verilib.
News24.az Real TV-yə istinadən xəbər verir ki, o, bu burada təlim-tərbiyə olunmaqla yanaşı, psixiatr müalicəsi də alacaq.
Bu barədə uşağın xalası Aygün İsmayılova bildirib: 
"Uşaq çox nadincdir. Biz onla bacaraq bilmirik. Prokuror araşdırmasında da məlum oldu ki, biz ona işgəncə verməmişik. Niyə işgəncə verməliyik ki? O, bizim balamızdır. Qapını bağlayıb gedirik, gəlirik ki, dəmir "reşotka"ları sındırıb. Evdən pul oğurlayır, alkoqollu içkilər qəbul edir. Uşaq hərəkətini bilmir".