Azyaşlı uşağı hər gün zəncirlə bağlayıb evdə tək qoyurlar - Bakıda dəhşətli hadisə + FOTO
    • 21-08-2019, 15:17
    • 1 022

Azyaşlı uşağı hər gün zəncirlə bağlayıb evdə tək qoyurlar - Bakıda dəhşətli hadisə + FOTO

Bakıda azyaşlı uşağa qarşı dəhşətli zorakılıq hadisəsi baş verib.

Nasimi Rayonu Cavadxan küçəsi bina 56-da azyaşlı uşağın ayaqlarının anası və xalası tərəfindən bir-birinə zəncirlənməsinə dair məlumat daxil olub. Daxil olan məlumata video və foto da əlavə edilib.

Zərərçəkənin azyaşlı olmasını nəzərə alaraq, onun səsinin və əlamətdərinin tam düşdüyü videonu sizə təqdim etməsək də, məsələ ilə əlaqədar bütün dövlət qurumlarına təqdim edə bilərik. Video da azyaşlı açıq şəkildə deyir ki, onun ayaqlarını bir-birinə xalası zəncirləyib və 2 gündür evdə ayaqı zəncirlənmiş formada saxlanılır. Anası və xalası isə hər səhər işə gedirlər, axşam saat 12-ə kimi işdə olurlar.
Onun sözlərinə görə, qapını da arxadan bağlayıblar və o ancaq evin içində ayaqı zəncirlənmiş formada hərəkət edə bilir. Hətta özünə yeməyi də o formada götürür./anews.az/