-
- 23-08-2019, 14:39
- 1 173
Qarabağ müharibəsi veteranları TƏMAS XƏTTİNDƏ - FOTOLAR
Avqustun 22-də bir sıra Qarabağ müharibəsi veteranlarının və bloggerlərin müraciəti əsasında Azərbaycan Sərhəd Mühafizəsinin 100 illlik yubileyi ilə əlaqədar onların Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə, təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrinə səfəri təşkil olunub.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, səfər çərçivəsində Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində təmas xəttində yaradılmış sərhəd müdafiə və mühafizə infrastrukturu, sərhəd döyüş məntəqələrində və döyüş mövqelərində sərhədçilərin xidməti-döyüş fəaliyyəti və istirahət şəraiti ilə yaxından tanış olunmuş, Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə təbrik və arzular şəxsi heyətə çatdırıblar.
Müharibə veteranlarına və sosial media nümayəndələrinə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının yerli bölmələri ilə Müdafiə Nazirliyinin hərbi hissə və bölmələri arasında yüksək səviyyəli qarşılıqlı əlaqə, yerli icra hakimiyyəti və bələdiyyə orqanları ilə sərhədçilər arasında sıx əməkdaşlıq münasibətləri barədə geniş məlumat verilmiş, “Sərhədi bütün xalq qoruyur” ifadəsinin gerçəkləşdirilməsi üzrə görülən işlərlə tanış ediblər.