Sərhədçilərlə görüş KEÇİRİLDİ
    • 31-08-2019, 15:20
    • 718

Sərhədçilərlə görüş KEÇİRİLDİ

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə Əfqanıstan Veteranları İctimai Birliyinin nümayəndələri Dövlət Sərhəd Xidmətinin (DSX ) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasında “Sərhəddən başlayır vətən” adlı silsilə tədbirlərin davamı olaraq şəxsi heyətlə növbəti görüş keçirib.

DSX-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, tədbir iştirakçıları təmas xəttində yaradılmış sərhəd döyüş məntəqələrində və döyüş mövqelərində sərhədçilərin xidməti-döyüş fəaliyyəti və məişət şəraitləri ilə yaxından tanış olub, Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə şəxsi heyətə təbriklərini çatdırıblar.

Sərhəd döyüş məntəqələrində görüşlər keçirildikdən sonra tədbir hərbi hissənin qarnizonunda davam etdirilib.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlət sərhədinin mühafizəsi üzrə qarşıya qoyduğu tapşırıqların icrasını təmin etmək məqsədilə şəxsi heyətin səfərbər olunmasını xüsusilə vurğulayıblar.

Əfqanıstan veteranları barədə arxiv sənədlər əsasında hazırlanmış “Cəbhədən-cəbhəyə” adlı sənədli film nümayiş etdirilib, xidmətdə fərqlənmiş hərbi qulluqçulara qiymətli hədiyyələr, fəxri fərmanlar təqdim olunub.

Tədbir Şəmistan Əlizamanlının, Şahin İsmayılovun və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası Şəhla İsmayılovanın ifalarında konsert proqramı ilə başa çatıb.