Heydər Əliyev prospektində tıxac - FOTO
    • 23-08-2019, 15:44
    • 1 086

Heydər Əliyev prospektində tıxac - FOTO

Bakıda yük maşınında yaranan problem yolda sıxlığa səbəb olub.

Bu barədə News24.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat veriblər.

Belə ki, Heydər Əliyev prospektində (Bağırov körpüsünün üzərində - “Koroğlu” m/st. istiqamətində) yanacaqdaşıyan avtomobildə texniki nasazlıq yaranıb. Bu səbəbdən də Heydər Əliyev prospekti, kənar yol şəhər istiqamətində və yol ötürücüsünün üzərində nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb, sıxlıq müşahidə olunur.