Azərbaycan turizmi Çinin 3 böyük şəhərində təbliğ olunacaq
    • 23-08-2019, 17:32
    • 953

Azərbaycan turizmi Çinin 3 böyük şəhərində təbliğ olunacaq

Azərbaycan Turizm Bürosu sentyabrın 16-dan 22-dək Çin Xalq Respublikasının Pekin, Şanxay və Quançjou şəhərlərində silsilə təqdimatlar keçirəcək. 

Dövlət Turizm Agentliyindən News24.az-a verilən məlumata görə, "Azerbaijan-China Roadshow on Travel Trade" adlı tədbirdə Azərbaycandan 12, Çindən 100-ə yaxın turizm şirkəti iştirak edəcək. 

Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər baş tutacaq.

İkitərəfli görüşlər zamanı mümkün əməkdaşlıq imkanları qiymətləndiriləcək və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılacaq.