Sumqayıtda “Nur” şadlıq sarayında toy vaxtı  yanğın baş verdi -VİDEO
    • 24-08-2019, 23:06
    • 3 354

Sumqayıtda “Nur” şadlıq sarayında toy vaxtı yanğın baş verdi -VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində “Nur” şadlıq sarayında yanğın olması barədə məlumat daxil olub.
FHN-dən News24.az-a-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Yanğın toy məclisi olan zaman restoranın mətbəxt bacasından başlayıb. Toyda iştirak edənlər təxliyyə olunub.
Hadisə yerində FHN-in yanğınsöndürənləri cəlb olunub.