Sumqayıtda məişət tullantıları poliqonunda YANĞIN OLDU
    • 10-04-2020, 23:30
    • 1 032

Sumqayıtda məişət tullantıları poliqonunda YANĞIN OLDU

Sumqayıt şəhərində məişət tullantıları poliqonunda baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində məişət tullantıları poliqonunda yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən News24.az-a verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.