Sumqayıtda məişət tullantıları poliqonunda yanğın - SON DƏQİQƏ
    • 20-05-2020, 18:12
    • 712

Sumqayıtda məişət tullantıları poliqonunda yanğın - SON DƏQİQƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində məişət tullantıları poliqonunda yanğın olması barədə məlumat daxil olub.

FHN-dən News24.az-a verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.