-
- 26-08-2019, 10:38
- 842
Polislərin reydi sürücüləri SEVİNDİRDİ - FOTO
Havaların isti keçməsi ilə əlaqədar olaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, şəxsi heyət yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərin iş və istirahət rejiminə nəzarət gücləndirilib. Bu məqsədlə postlarda DYP rəhbərliyinin göstərişi ilə yaradılan şəraitdən sürücü və sərnişinlərin istifadəsinə imkan yaradılıb.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 12-ci tağımının şəxsi heyəti günün qızmar vaxtlarında uzaq səfərlərə çıxan və xüsusən də mikroavtobus və avtobus idarə edən idarə edən sürücüləri DYP postlarında saxlayaraq onların qısamüddətli istirahət etməsinə şərait yaradırlar.
Sürücülər postların ərazisində olan sudan istifadə edərək əl-üzlərini yuyur, otaqlarda qısamüddətli istirahət edirlər. Eyni zamanda sürücülərlə yanaşı sərnişinlərə də sərin su və kölgədə dincəlmək təklif olunur.
DYP digər sürücülərə də tövsiyə edir ki, stosionar postlarda yaradılan bu şəraitdən istifadə etsinlər, uzaq səfərlərə çıxarkən hərəkəti birdəfəlik deyil fasilələrlə davam etdirsinlər. Bu onların və daşıdıqları sərnişinlərin həyat və sağlamlığı üçün çox vacibdir.