"Bəzi müəllimlər 5 yaşlı uşaqlara birinci sinif materialları ilə dərs keçir
    • 26-08-2019, 12:30
    • 782

"Bəzi müəllimlər 5 yaşlı uşaqlara birinci sinif materialları ilə dərs keçir" - Firidun Həmzəyev

"Təəssüflər olsun ki, bizim araşdırmalarımız yerlərdə bəzi ibtidai sinif müəllimləri məktəbəhazırlıq qrupuna tələb olunan vəsaitləriylə, onların uşaqlara aşılayacağı bilik, bacarıq vərdişlərinin tətbiqi ilə deyil, birinci sinif materialları ilə dərs keçdiyini göstərdi". 

News24.az xəbər verir ki, bunu jurnalistlərə açqlamasında Təhsil Nazirliyinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev bildirib.

Onun sözlərinə görə, bu səbəbdən məktəbəqədər hazırlıq qruplarında dərs deyən müəllimlər üçün təlimlər nəzərdə tutulub: "Bizim məktəbəhazırlıq qruplarının təlimləri də məhz bu məqsəd daşıyır ki, həmin müəllimlərə öyrədilsin ki, nələrə diqqət etsinlər, hansı metoddan istifadə etsinlər. Bakıda artıq bu təlimlərə başlanılıb. Regionlarda müəllimlər üçün təlimlərə başlanılacaq. Məqsədimiz müəllimlərin təlimlərə maksimum cəlb edilməsidir".

Afaq Mirayiq