Bakıdakı partlayışla bağlı daha bir - AÇIQLAMA

Bakıdakı partlayışla bağlı daha bir - AÇIQLAMA Hadisə

Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən  bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür.

İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.