Prezident İlham Əliyev Şri-Lankanın dövlət başçısını TƏBRİK ETDİ
    • 3-02-2020, 17:15
    • 942

Prezident İlham Əliyev Şri-Lankanın dövlət başçısını TƏBRİK ETDİ

Prezident İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti  Qotabaya Racapaksaya təbrik məktubu göndərib.

News24.az-ın xəbərinə görə, təbrikdə deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasındakı ikitərəfli dostluq əlaqələri, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına sülh və rifah diləyirəm”.