Bakıda polis marşrut avtobusunun qarşısını belə kəsdi – FOTO
    • 10-01-2020, 15:54
    • 875

Bakıda polis marşrut avtobusunun qarşısını belə kəsdi – FOTO

Bakıda yol-hərəkəti qaydasını kobudcasına pozan avtobus sürücüsü cəzalandırılıb.

News24.az-ın məlumatına görə, yolun əks hərəkət zolağına çıxan avtobus sərnişinlərinin həyatını təhlükəyə atıb. Bu zaman öz yolu ilə hərəkət edən post-patrul polisi avtomobili marşrut avtobusunun qarşısında dayanaraq onun yolunu kəsib.

PPX əməkdaşları avtobus sürücüsü barəsində tədbir görülməsi üçün yol polisinə məlumat verib.